İlbiz Turbo, 2024 sәtr vә 2023 sütundan ibarәt olan bir lövhәdә bir oyun oynayır. Lövhәnin 2022 әdәd xanasında gizli canavarlar vardır. Başlanğıcda Turbo bu canavarların hansı xanalarda olduğunu bilmir, lakin o, ilk vә son sәtrdәn başqa hәr bir sәtrdә dәqiq bir әdәd canavar olduğunu vә hәr bir sütunda isә әn çoxu bir әdәd canavar olduğunu bilir. Turbo ilk sәtrdәn son sәtrә çatmaq üçün müәyyәn cәhdlәr edir. Hәr bir cәhddә, o, ilk sәtrdә istәdiyi bir xanadan başlayır, vә olduğu xana ilә tәrәf qonşuluğu olan xanalardan birinә keçmә addımlarını tәkrarlayır (Turbo-nun öncәdәn ziyarәt etdiyi xanaya geri qayıtmasına icazә verilir). Әgәr Turbo içәrsindә canavar olan bir xanaya çatarsa, o zaman onun hәmin cәhdi sonlanır vә yeni bir cәhdә başlamaq üçün ilk sәtrә göndәrilir. Canavarlar hәrәkәt etmir vә Turbo öncәdәn ziyarәt etdiyi xanalarda canavar olub olmadığını yadında saxlayır. Turbo son sәtrdәki istәnilәn bir xanaya çatarsa, cәhd sonlanır vә oyun bitir. n әdәdinin elә әn kiçik qiymәtini tapın ki, Turbo, canavarların lövhәdәki yerlәrindәn asılı olmayaraq әn çoxu n cәhd edәrәk son sәtrә çata, yәni oyunu bitirә bilәr?