Id:130

Adeninin Fosfat qalıqlarına nisbəti

Məsələni əlavə edən istifadəçi: ayhan_aydinli


DNT molekulunun bir zəncirində 45 sitozin, 95 quanin, 60 timin və 300 dezoksiriboz şəkəri var. Bu DNT molekulunda adenin sayının fosfat turşusu qalıqları sayına olan nisbətini tapın.


Məsələni həll edən istifadəçi: Xedice_aysu

DNT-nin bir zəncirində 300 deoksiribozun olması, o zəncirdə 300 nukleotidin olması deməkdir. Əğər DNT-nin bir zəncirində 300 nukleotid varsa, onda DNT molekulunda 600 nukleotid olacaq ( DNT 2 zəncirli olduğuna görə : 300×2=600). 600 nukleotid olduğuna görə, 600 dənə fosfat qalığı da olacaq. Birinci zəncirdə 60 timin varsa, deməli ikinci zəncirdə də 60 adenin olacaq. Bu ikinci zəncirdədir. İndi isə birinci zəncirdə nə qədər adenin var : 300 toplam nukleotid - (45 sitozin + 95 quanin + 60 timin) = 100 adenin. İki zəncirdə toplam adenin sayı : 100 + 60 = 160. 160/600 = 4/15 --> adeninin fosfat qalığına nisbəti.

Report




Məsələ çatı

No messages