Əgər DNT zəncirinin zülalı kodlaşdıran hissəsində sitozin nükleotidi olmazsa ,ona uyğun m RNT hissəsində maksimum neçə növ kod amin turşu sintez edə bilər?
Əgər DNT zəncirinin zülal sintez olunan hissəsində quanin nükleotidi olmazsa, bu sahədən bilavasitə sintez olunan n RNT-lərdə adenin ilə başlayan maksimum neçə növ kod olacaq?
100 amin turşusundan təşkil olunmuş bir zülalın sintezinə cavabdeh olan DNT molekulunda 120 adenin nukleotidi varsa, bu molekulda olan hidrogen rabitələrinin sayını tapın. (1 amin turşusu 3 nukleotidlə kodlaşır)
DNT molekulunun bir zəncirində 45 sitozin, 95 quanin, 60 timin və 300 dezoksiriboz şəkəri var. Bu DNT molekulunda adenin sayının fosfat turşusu qalıqları sayına olan nisbətini tapın.
Mikroskop altında orta hesabla vahid sahəyə düşən 50-dək maya göbələyi qeydə alınıb.4 saat sonra kultura 10 dəfə durulaşdırılır və mikroskopla baxılmaq üçün yeni preparat hazırlanır.əgər,mikroskopla vahid sahəyə düşən hüceyrə sayı təxmini 80 olarsa hüceyrə bölünmələri arasında orta hesabla nə qədər vaxt keçib?