Tarix: 25 Noyabr 2023, 10:29

Baxış sayı: 264

Riyaziyyat fənni üzrə seçmə imtahanının nəticələri açıqlanıb

Beynəlxalq olimpiadalara hazırlıq qruplarına riyaziyyat fənni üzrə təşkil edilən seçmə imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb. Şagirdlərə açıq tipli hər biri 10 bal dəyərində 8 sual təqdim edilib, nəticələrə əsasən 60%-dən yüksək nəticə göstərən şagirdlər dərslərə dəvət ediliblər. Dərslərin başlanması haqqında məlumat yaxın günlərdə şagirdlərin təhsil aldıqları ümumi təhsil müəssisələrinə göndəriləcək. Nəticələr haqqında ətraflı məlumat üçün: arti.edu.az Seçilən şagirdlərə uğurlar arzulayırıq!

Mənbə: Azərbaycan Respublikası Təhsil İnstitutu